- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
1990-cı ilin 20 yanvar günü Azərbaycan tarixinin qan yaddaşı, hüzn günü, eyni zamanda qəhrəmanlıq salnaməsidir. Allsport.az saytı xəbər verir ki, həmin gün dünyasını dəyişənlər ölkəmizin azadlıq, müstəqillik yolunda böyük addım atması, istiqlaliyyətinə qovuşması yolunda şəhid olmuş insanlardır. Onların xatirəsinə daima yad etmək, uca tutmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Ağırlıqqaldırma komandamızın üzvləri də yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək vətəndaşlıq borclarını yerinə yetiriblər. Məşqçilər, texniki heyət, eyni zamanda federasiya rəhbərliyi idmançılarla birlikdə bu mərasimdə iştirak edərək şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər. Heyət 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması nəticəsində qətlə yetirilən yüzlərlə insanın məzarları önünə gələrək qərənfillər qoyublar.