- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
AAAF park yaşayış kompleksində yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə 6-cı “Zirvə” oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, beynəlxalq idman klublarının nəzdində müxtəlif növlərdə məşğul olanlar ağırlıqqaldırma, cüdo, üzgüçülük, karate və bədii gimnastikada mübarizə aparıblar.
AAAF parkın yarış zalında 4 yaş qrupunda 50-yə yaxın yeniyetmə ağır atlet körpücük üzərinə çıxıb. Maraqlı mübarizə şəraitində keçən yarış yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qalıb. Turnirə 2006-2008-ci il təvəllüdlü qızlar və oğlanlar qatılıb. Hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında qaliblər müəyyən edilib.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.