- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycanın bölgələrini əhatə edən ağırlıqqaldırma üzrə yarışlarının 4-cü seçmə mərhələsi Samuxda başa çatıb. Allsport.az saytı xəbər verir ki, burada Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 100-ə yaxın idmançı körpücük üzərinə çıxıb.
Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclülərin seçilməsi, ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Qeyd edək ki, zona turnirində 1999-2007-ci il təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparıb, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.
Xatırladaq ki, seçmə mərhələ yarışları təqvim planına əsasən üç zona üzrə ildə dörd dəfə keçirilir.