- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 15 yaşlı qızlarda Günel Muxtarlı (44 kq) toplam 97 kq (42+55) nəticə ilə 6-cı, Selcan Qarayeva (48 kq) 116 kq (50+66) ilə 7-ci yeri tutub.
Oğlanlarda sonluq fərqli olub. 15 yaşlılarda Elvin Şükürzadə (50 kq; 78+95) 4-cü yeri tutub. O, birdən qaldırmada kiçik gümüş medal qazanıb. Ümumi mükafatdan onu cəmi 1 kq ayırıb.
17 yaşlılarda Ömər Cavadov (50 kq) qoparmada qızıl medal qazanıb. Təkanla qaldırmada 2-ci olub. Toplam 190 kq (88+102) nəticə ilə təmsilçimiz yekun sıralamada Avropa birinciliyinin adı adını sahiblənib.
40 ölkədən 388 ağır atletin (169 qız və 219 oğlan) iştirak etdiyi yarış Buenos Ayresdə-2018 yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.