- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0

AVF – yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu yaş qrupu üzrə millinin rəhbəri Cahangir Seyid Abbasinin iştirakı ilə Ağsunda seçimlər aparılıb.
O, rayonun 4 saylı orta məktəbində təşkil olunan 2008-2014-cü il təvəllüdlü oğlanların voleybol məşqlərini izləyib. Burada fərqlənən və müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.
Seçilən yeniyetmələr daha sonra federasiya tərəfindən təşkil olunan düşərgələrə cəlb olunurlar.