AİJF-in prezidenti beynəlxalq təşkilatlara seperatçı erməni idmançıların siyahısını göndərəcək

44 günlük müharibə dövründə Azərbaycan torpaqlarında döyüşən erməni qüvvələri arasında idmançılar da az olmayıb. Allsport.az saytı xəbər verir ki, 2-ci Vətən savaşında bizə qarşı 33 nəfər iştirak edib və onlardan 23-ü ordumuz tərəfindən məhv edilib. 8 erməni əsilli idmançı isə Azərbaycana qarşı terrorçuluq və separatizmə çağırışlar ediblər.

Azərbaycan idman jurnalistləri federasiyasının prezidenti Qabil Mehdiyev bununla bağlı beynəlxalq idman təşkilatlarına, eləcə də, AİPS-ə siyahı ilə birgə məlumat göndərəcək. Aşağıdakı videoda da həmin Ermənistanın terrorçu-idmançılarından bəhs edilir. “İdman sülh rəmzidir” deyən beynəlxalq təşkilatlar ermənilər idmançı adı ilə əslində terrorçu yetişdirdiklərinin şahidi olacaqlar.

1. Miqran Arutyunyan – MMA idmançı;
2. Arsen Arutyunyan – sərbəst güləşçi;
3. Tiqran Armenekyan – boks üzrə yeniyetmələrdən ibarət milli yığma komandanın məşqçisi;
4. Qeqam Torqonyan – yunan-Roma güləşçisi;
5. Qaqik Sarkisyan – Ermənistan dövlət bədən tərbiyəsi institutunun prorektoru;
6. Edqar Manuçuryan – Ermənistanın “Pünik” futbol klubunun futbolçusu;
7. Eduard Vartanyan – MMA idmançısı;
8. Jirayr Sarkisyan – Boks üzrə Ermənistan çempionu, Avropa oyunlarının iştirakçısı;
9. Henri Avaqyan – Ermənistanın “Van” futbol klubunun futbolçusu;
10. Davit Arutunyan – sərbəst güləşçi;
11. Davit Ovannisyan – sərbəst güləşçi.
12. Aren Çatinyan – ağırlıqqaldırma üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
13. Liparit Daştoyan – Ermənistanın “Alaşkert” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
14. Tatul Arutyunyan – triatlonçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
15. Sevak Serobyan – Ermənistan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti, hərbi əməliyyatlar zamanı məhv edilib;
16. Vardan Kirokosyan – Ermənistan kyokşinkaykan karate federasiyasının vitse-prezidenti, hərbi əməliyyatlar zamanı məhv edilib;
17. Ayk Saakyan – basketbolçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
18. Tiqran Mikoyan – basketbolçu, hərbi əməliyyatlar zamanı məhv edilib; 19. Erik Saryan – Ermənistanın “Lokomotiv” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
20. Albert Qazaryan – MMA üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
21. Badal Safaryan – Ermənistanda aykido və cüdo üzrə idman ustası, “İnsanı necə daha tez öldürmək olar?” proqramı üzrə təlimçi, hərbi əməliyyatlar zamanı məhv edilib;
22. Qore Sərkisyan – cüdoçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
23. Albert Dadoyan – ağırlıqqaldırma üzrə Avropa çempionu, hərbi əməliyyatlar zamanı məhv edilib;
24. Qaqik Abrahamyan – Ermənistanın “Pünik” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
25. Qarik Arjikyan – ciu-citsu üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
26. Henrik Hokobyan – Ermənistan milli su polosu komandasının üzvü, hərbi əməliyyatlar zamanı məhv edilib;
27. İşxan Qriqoryan – Ermənistanın “Şirak” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
28. Davit Mosoyan – Ermənistanın “Lorik” klubunun futzalçısı, hərbi əməliyyatlar zamanı məhv edilib;
29. Aşot Xaçatryan – Ermənistanın “Nairi” klubunun basketbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
30. Davit Babayan – Ermənistanın “Banants-2” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
31. Eduard Maranjyan – ağırlıqqaldırma, hərbi əməliyyatlar zamanı məhv edilib;
32. Azat Alayan – karateçi, hərbi əməliyyatlar zamanı məhv edilib;
33. Szak Mnatsakanyan – Ermənistan milli döyüş sənəti federasiyasının prezidenti-məşqçisi, hərbi əməliyyatlar zamanı məhv edilib.

“Artsax” təbliğatı aparan və Azərbaycanın ərazi bütövlüyünə qarşıçağırışlar edən erməni əsilli idmançılar:

1. Slavik Ayrapetyan – Ermənistanın fiqurli konkisürmə üzrə ikiqat çempionu özünün Feysbuk səhifəsində Ermənistan və “Artsax” Respublikalarının bayraqlarını əks etdirən konkilərin fotosunu paylaşıb;
2. Levan Aronyan – şahmatçı, Yerevanda “Mat terror” adlı xeyriyyə tədbiri keçirərək əldə olunan maddi gəliri “Artsax” ordusunun hesabına köçürüb;
3. Sargis Adamyan – Almaniyanın “Hoffenhaym” futbol klubunun futbolçusu. UEFA Avropa liqasında “Slovan”ın qapısına vurduğu qollardan sonra “Qollarımı Artsaxda vətənimiz uğrunda mübarizə aparan qardaşlarıma hədiyyə edirəm” – deyə qeyd paylaşıb;
4. Erik Bazinyan – erməni əsilli kanadalı boksçu orduya rabitə sistemi bağışlayıb, bu barədə özünə məxsus Feysbuk səhifəsində paylaşım edib;
5. Artur Abraham – boksçu, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb, “Məni tanıyırsız? Artsaxı tanıyın, Mən Artsaxam” mətnini paylaşıb;
6. Artur Aleksanyan – yunan-roma güləşçisi, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb;
7. Henrik Mxitaryan – “Roma” futbol klubunun futbolçusu, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb, “Məni tanıyırsız? Artsaxı tanıyın, Mən Artsaxam” mətnini paylaşıb;
8. Aras Özbilis – futbolçu, arxasında “Artsax stronq” yazılmış formasını hərraca çıxarıb və əldə olunan gəliri ümumerməni fonduna köçürüb.

Həmin kateqoriyadan