- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
31-ci Yay Olimpiya Oyunlarında akademik avarçəkənlər üçün püşkatma keçirilib. Allsport.az saytı xəbər verir ki, bu növdə Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov – Boris Yotov duetinin rəqibləri müəyyənləşib. 2-nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar.
Rəqiblər isə Eduardo Rubio Rodriges – Adrian Oquendo (Kuba), Robert Menson – Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton – Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi – Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər 2 yürüşün hər birinə isə 4 duet qatılacaq.