“Al qurdlar”dan tarixi qələbə!

Bu gün “Araz-Naxçıvan” avrokuboklarda debüt edib. Allsport.az saytı xəbər verir ki, “al qudlar” konfrans liqasının 2-ci ələməsinin ilk oyununda paytaxtda Yunanıstanın “Aris” klubunu qəbul edib. “Dalğa arena”da keçirilən görüşdə ilk hissədə qapılara qol vurulmayıb.

2-ci yarıda “qırmızı-ağlar” daha üstün oyun nümayiş etdirsə də, əks hücumda yaxalanıblar. Tez bir zamanda toparlanan “Araz-Naxçıvan” Felipe Santos (75 dəq) və Patrik Andrade (78 dəq) dəqiq zərbələri ilə hesabda önə keçib. Komandamız sona kimi üstün olsa da, hesab dəyişməyib. 

Bu klublar arasında cavab matçı iyulun 31-də Yunanıstanda olacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində “Omonia” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan