- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.
Allsport.az saytı xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlığına qoşulacaq.
Benin millisi bir neçə günlük toplanışdan sonra Mərakeşin paytaxtı Rabata səfər edəcək. Yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə yoldaşlıq oyununda debüt edəcək.
Braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.