- Baxış sayı: 31
- 13 Mart 2025 22:47
- Baxış sayı: 58
- Mart 13, 2025
- 0
Albaniya futbol federasiyası çərşənbə günü millinin baş məşqçisi Silvinyu ilə müqaviləni uzadıb.
Allsport.az saytı xəbər verir ki, 50 yaşlı braziliyalı 2023-cü ilin yanvarında Albaniyaya rəhbərlik edib və Polşa və Çex Respublikasının yer aldığı qrupda qalib gələrək, komandanı Avro-2024-ə aparıb.
Qitə çempionatında qrup mərhələsində güclü rəqibləri – İtaliya, Xorvatiya və İspaniya milliləri olublar, albanlar cəmi 1 xal qazanıblar.
Silvinyunun yeni müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Komandanın məqsədi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqdır.