- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

“Sabah”ın baş məşqçi Rimas Kurtinaytis Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi”yə 81:85 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, o, komandasının sona qədər mübarizə apardığını bildirib:
“Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər. Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.