- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 71
- May 11, 2026
- 0

Avropa voleybol konfederasiyası (CEV) tərəfindən Azərbaycan voleybol federasiyasının kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Allsport.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində “THY İstanbul” (Türkiyə) və “İgor Gorgonzola Novara” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Bu gün İstanbulda keçiriləcək oyunun hakimləri serbiyalı Darko Savic və ispaniyalı Gloria Souto Jimenez olacaq.
Komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.