Aleksandar Boriçiç: Azərbaycan qitə çempionatına yüksək səviyyədə təşkilatçılıq edir

“Avropa çempionatının yüksək səviyyədə təşkilinə və göstərdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram”. Allsport.az saytı xəbər verir ki, bu açıqlamanı Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç deyib.

Onun sözünə görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının paytaxtda və Göygöldə yarışın təşkilinə göstərdikləri diqqət və qayğı da təqdirəlayiqdir. Azərbaycan bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Ancaq Gəncədə belə bir yüksək təşkilatçılıq səviyyəsi bizim üçün sürpriz oldu. AzərTAc-a müsahibəsində, qonaq Azərbaycan komandasını Avropa çempionatının ev sahibi kimi finalda görmək istədiyini bildirib:

“Gələcəkdə Avropa Voleybol Konfederasiyası Azərbaycanda voleybolun inkişafı istiqamətində məktəblərdə reallaşdırılacaq layihəni dəstəkləyəcək. Bununla bağlı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunub. Əsas məqsədlərdən biri 2019-cu ildə Bakıda keçiriləcək Avropa gənclərinin olimpiya festivalının proqramına voleybolun da daxil edilməsidir”.

Həmin kateqoriyadan