Aleksandr Rıbka “Səbail”ə dönüb

Uzun müddət zədədən əziyyət çəkən Aleksandr Rıbka “Səbail”in düşərgəsinə qayıdıb. Allsport.az saytı xəbər verir ki, ötən mövsümün sonunda ağır zədə alan qolkiper həmin dövrdən Ukraynada müalicə alırdı.

Bu gün 32 yaşlı futbolçu Bakıya dönüb. O, “dənizçilər”in düşərgəsində baş məşqçi Aftandil Hacıyev və komanda yoldaşları ilə görüşüb. Saşa yaxın zamanda komanda ilə birgə bərpa məşqlərə başlayacaq.

Həmin kateqoriyadan