Alf Vesterberq: “Qarabağ”ın necə oynadığına bələdəm

Premyer Liqanın 2-ci turunda “Qarabağ”ın “Sumqayıt”a qarşı keçirdiyi səfər oyununu canlı izləyənlər arasında Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsindəki rəqibi, İsveç “Qöteborq”unun məşqçisi Alf Vesterberq də vardı. Allsport.az saytı xəbər verir ki, o, komandamızla bağlı fikirlərini bölüşüb:

“Rəqib komandanın oyununu izləməyə getmək normal haldır. Buna görə də biz də Azərbaycana getməyə, “Qarabağ”ın oyununu izləməyə qərar verdik. Bunun üçün klub rəhbərliyi məni seçdi. Oyunu izlədim və qeydlərimi apardım. “Qarabağ”ın oyunlarına əvvəllər də baxmışam və klubunuzun necə oynadığına bələdəm.

Ötən mövsüm Avroliqanın qrup mərhələsində əla çıxış etdilər. Bizi bu rəqiblə iki çətin matç gözləyir. “Qarabağ”ın bütün futbolçuları barədə informasiya toplamışıq. Burada isə onları canlı gördüm. Braziliyalı, albaniyalı, makedoniyalı, ispaniyalı legionerləri var və çox yaxşı oynayırlar. Güclü yerli futbolçuları da var. Lazım olan analizləri aparıb, öz oyunumuzu sərgiləməyə çalışacağıq”.

Həmin kateqoriyadan