Alfonsonun gedişi ilə razılaşıb

“Bavariya”, müdafiəçi Alfonso Devis ilə müqaviləni uzatmaq cəhdindən əl çəkib. Allsport.az saytı xəbər verir ki, son bir neçə ay ərzində Münxen klubu onun nümayəndələri ilə əlaqə saxlamağa cəhd etsə də, bu, uğurlu alınmayıb.

Kanadalı istədiyi maaşı ildə 20 milyon avrodan 17 milyon avroya endirməyə hazır idi. Lakin o vaxtdan bəri heç bir real razılaşma əldə olunmayıb.

Devisin 2025-ci ilin yayında azad agent kimi Real Madridə keçəcəyi gözlənilir.

Həmin kateqoriyadan