Almaniyaya yola düşdülər

İyulun 16-dan 27-dək Almaniyanın Reyn-Rur regionunda 32-ci ümumdünya yay universiadası keçiriləcək. Allsport.az xəbər verir ki, yarışlar paytaxt Berlinlə yanaşı, Reyn-Rur bölgəsinə daxil olan Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərində təşkil olunacaq.

Azərbaycan bu yarışda 12 idman növündə (atletika, badminton, kamandan oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kanoe və avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma) 71 idmançı ilə təmsil olunacaq.

Yarışların açılış mərasimi iyulun 16-da, bağlanış mərasimi isə iyulun 27-də Duysburq şəhərində keçiriləcək.

Bu gün ilk idman nümayəndə heyətimiz Almaniyaya yola düşüb.

Həmin kateqoriyadan