- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Real Madrid”in rəhbərliyi baş məşqçi Xabi Alonsoya tam etimad edir.
Allsport.az xəbər verir ki, son matçlarda qeydə alınan nəticələrə baxmayaraq, klub Alonsonu komanda üçün ideal məşqçi hesab edir və onu tam dəstəkləyir.
Madridlilərin rəhbərliyi mütəxəssisin bütün qərarlarını, o cümlədən taktiki sınaqlarını və Vinisus Junior kimi ulduzların əvəzlənməsini dəstəkləyir.
Alonso layihənin lideri sayılır və onun nüfuzu hər hansı bir oyunçudan üstün hesab edilmir. Klub son matçlarda xal itkisi səbəbindən yaranan qeyri-sabit vəziyyətdən narahat deyil və bunu normal hal kimi dəyərləndirir.
13 turdan sonra “Real” la liqada “Barselona”nı bir xal qabaqlayaraq birincidir.