Alonso narazıdır

“Real Madrid”in sabiq baş məşqçisi Xabi Alonso gedişini sərt tənqid edib.

Allsport.az xəbər verir ki, mütəxəssis istefasını ədalətsiz və böyük səhv adlandırıb. O, uğursuzluğun səbəbini klubdakı “güc mədəniyyəti” ilə əlaqələndirib. Alonsonun fikrincə, rəhbərliyin ulduz futbolçuların tərəfini tutması məşqçinin nüfuzuna zərbə vurub.

7 aylıq fəaliyyəti dövründə Alonsonun bəzi oyunçularla (Vinisius, Bellingem) münasibətlərinin gərgin olduğu bildirilirdi. Hazırda komandaya müvəqqəti olaraq Alvaro Arbeloa rəhbərlik edir.

Həmin kateqoriyadan