Alonso “Real”dan qovulur?

La liqada “Selta Viqo” ilə oyundan (0:2) sonra “Real Madrid” rəhbərliyi baş məşqçinin vəzifəsində qalıb-qalmayacağına qərar vermək üçün iclas keçirib.

Allsport.az xəbər verir ki, Xabi Alonsonun işdən çıxarılması birbaşa müzakirə olunsa da, hələlik onun saxlanmasına qərar verilib.

“Mançester Siti” ilə qarşıdan gələn çempionlar liqası oyunu Alonsonun Madrid klubunda qalmaq üçün son fürsətidir.

“Real Madrid”in də artıq yeni baş məşqçi axtarışında olduğu, Zinəddin Zidan və Yurgen Kloppun favoritlər arasında olduğu bildirilir.

Həmin kateqoriyadan