- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirve İnternational Sport Clubs” çərçivəsində klublarası ilk dünya çempionatının final mərhələsinin ilk yarış günü dünən başa çatdı. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, Türkiyənin paytaxtındakı “Altunpark-Axarsu” İdman Kompleksində keçirilən bu turnirdə son olaraq yaşı 15-ə qədər olan oğlanlar körpücük üzərinə çıxdılar.
Qalib adını qardaş ölkə Türkiyə idmançısı Ahmet Çağlar qazandı. O, 248 kq (113+135) nəticə və 339.39 Sinkleyr xalı ilə qızıl medala sahib çıxdı. 2-ci yerə gürcü atlet İrakli Çxeidzeyə qismət oldu. O, 260 kq (117+143) nəticə və 329.11 Sinkleyr xalı ilə gümüş medal əldə etdi. 3-cü pilləyə Azərbaycan agıqlıqqaldıranı sahib çıxdı. “Abşeron-Zirvə” nümayəndəsi İsmayılov Hüseyn 258 kq (116+142) nəticə və 327.81 xalla bürünc medal qazandı.