“Alvares çox yaxşıdır”

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone açıqlama verib.

Allsport.az xəbər verir ki, o, hücumçusu Julian Alvaresin la liqanın 6-cı turunda “Rayo Valyekano”ya 3:2 hesabı ilə qalib gəldikləri oyunda het-trik etməsini şərh edib:

“Alvares çox yaxşıdır – o, əlimizdə olan ən yaxşı oyunçudur. Biz onun qayğısına qalmalıyıq, yaxşılaşmasına kömək etməliyik. Onun daha uzun illər “Atletiko Madrid”də bizimlə birlikdə olmasına ehtiyacımız var”.
25 yaşlı argentinalı 2025/26 mövsümündə altı oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Həmin kateqoriyadan