- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan milli antidopinq agentliyi (AMADA) Paris-2024 yay olimpiya və Paralimpiya oyunları zamanı idmançılarımızın hüquqlarını qorumaq və məlumatlılığı əlçatan etmək üçün artıq innovativ yanaşmalar tətbiq edir. Allsport.az saytı xəbər verir ki, AMADA orada çıxış edəcək idmançılar və idmançının köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb.
Olimpiya və paralimpiya komandalarımızın üzvləri agentliyin “Telegram” kanalı vasitəsilə dopinq nəzarəti, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün istisna və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Həmçinin yeni fəaliyyətə başlayan paris2024.amada.az saytına daxil olaraq, axtardıqları bütün suallara cavab tapacaqlar. Sayt – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
İdmançılar və idmançı köməkçi heyəti AMADA-nın +99450-218-82-06 nömrəsi vasitəsilə əlaqə saxlayaraq, habelə Vatsap üzərindən dopinq nəzarəti ilə bağlı bütün suallarına operativ və dolğun şəkildə cavab tapa biləcəklər.
Həmçinin AMADA tərəfindən Paris-2024 Yay olimpiya oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün Olimpiadanın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Həmin videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür.