- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim açıqlama verib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis klubdakı fəaliyyəti dövründə özünün məşqçi kimi dəyişdiyini bildirib.
O, müxtəlif vəziyyətlərdə oyun qurmaq və oynamaq barədə əvvəlki təsəvvürlərini dəyişdiyini vurğulayıb. Buna səbəb kimi premyer liqada məlumatlara (dataya) əsaslanaraq işləmə tərzini dəyişdirməyin zərurətini göstərib. Amorim qeyd edib ki, müəyyən üsluba sadiq qalmaqla yanaşı, uyğunlaşmaq və rəqibə qarşı topa sahib olma, künc zərbələri kimi taktiki məqamları başa düşmək vacibdir.
Mütəxəssis, keçən il oyunların onu boğduğunu və yalnız meydanda deyil, həm də meydandan kənarda hər kəsi irəli itələməli olduğunu dərk etməyə vaxt tapmadığını söyləyib. Amorim əlavə edib ki, əvvəllər nəticələrə görə çox emosional olsa da, artıq hər şeyə nəzarət etmək və emosiyalarını daha yaxşı idarə etmək üçün ən böyük məsuliyyəti daşıyan şəxsin özü olduğunu anlayır.