- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 112
- Dekabr 31, 2025
- 0

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Vulverhəmpton” ilə heç-heçəni (1:1) şərh edərkən komandasının oyunundan narazı qalıb.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hücum xəttindəki problemləri qabardıb: “Oyun boyu çətinlik çəkdik, təhlükəli vəziyyətlər yaratmaqda axsadıq. Hücumda koordinasiya və kreativlik çatışmırdı. Biz pis oynadıq, rəqib isə bacardığı qədər müqavimət göstərdi. İndi toparlanmalı və növbəti matça hazırlaşmalıyıq”.
Bu nəticədən sonra “qırmızı şeytanlar” ili 6-cı pillədə tamamlayıblar.