Amputant millimiz üçüncü oldu

Bakıda amputant futbolu üzrə millətlər liqasında “C” qrupuna yekun vurulub.

Allsport.az xəbər verir ki, “Bayıl Arena”da təşkil olunan turnirin son günündə 3 oyun keçirilib.

Azərbaycan yığması iki matça çıxıb. İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.

Beləliklə, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi millətlər liqasının “B” qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə “D” qrupuna düşüb.

Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Üçüncü yeri tutan Azərbaycan bürünc, ikinci yerdə qərarlaşan İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.

Bundan əlavə, Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib. 3 qola imza atan Ben Maman (İsrail) isə “C” qrupunun bombardiri olub.

Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan minatəmizləmə agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov, Avropa amputant futbol federasiyasının prezidenti Mateuş Vidlak və bu qurumun icraiyyə komitəsinin üzvləri təqdim ediblər.

Son günün nəticələrini və turnir cədvəlini nəzərinizə çatdırırıq:

Azərbaycan – Niderland – 1:0

Qol: Sənan Hacıyev

Belçika – İsrail – 0:5

Qollar: Aviran Ohana (2), Ben Maman (2), Yoav Tsarfati

Azərbaycan – Ukrayna – 1:3

Qollar: Mixaylo Sokolian (avtoqol) – Hüseyn Hüseynov (avtoqol), Mikola Aleksienko, Dmitri Kuts

Həmin kateqoriyadan