- Baxış sayı: 15
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis Rodriqonun DÇ-2026-nın seçmə mərhələsində Çili (3:0) və Boliviya ilə oyunlarda komandada olmamasını izah edib:
“Rodriqonu çox yaxşı tanıyıram və əminəm ki, o, komandaya kömək edə bilər. Biz 70-ə yaxın futbolçunu fiziki, texnika və taktika baxımından qiymətləndiririk ki, mundial üçün ən rəqabətli heyəti formalaşdırsınlar. Favoritlər yoxdur. Sonda kimin dünya çempionatına gedəcəyi meydanda müəyyənləşəcək”.
Ançelotti daha əvvəl Rodriqonun yoxluğunu gərgin mövsümdən sonra ona istirahət vermək istəyi ilə izah etsə də, bu dəfə bunun “texniki qərar” olduğunu etiraf etməli olub.