- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

“Mançester Yunayted”in yeni baş məşqçisi ilə bağlı bəzi iddialara aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, Karlo Ançelotti və Tomas Tuxel hazırda bu vəzifəyə namizəd deyillər.
Hər iki mütəxəssis DÇ-2026-dan sonra da müvafiq olaraq Braziliya və İngiltərə milli komandalarını çalışdırmağa davam edəcəklər. Hazırda klub rəhbərliyi Roberto de Zerbi, Yulian Naqelsman və Roberto Martinesin namizədliyini nəzərdən keçirir.
Maurisio Poçettino və Kiran Makkenna da siyahıda olsalar da, əsas namizəd hesab edilmirlər.