“Anderlext” Azərbaycana cəmi 4 müdafiəçi ilə gəlir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Anderlext” klubu bu gün Azərbaycana gələcək. Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Besnik Hasi Bakıya 22 futbolçu gətirir.

Maraqlıdır ki, onlardan cəmi dördü müdafiəçidir. Belçika klubunun Azərbaycana gətirdiyi heyətlə sizi də tanış edirik:

Qapıçılar: Frank Buks, Silvio Proto, Davi Ruf;

Müdafiəçilər: Olivye Deşaxt, Mixael Heylen, Bram Neytnik, İvan Obradoviç;

Yarımmüdafiəçilər: Frank Aşamponq, Stiven Defur, Leander Dendoker, Giyom Jiye, Mahmud Hassan, Serin Mbodji, Endi Nahar, Dennis Prat, Yuri Tilemans;

Hücumçular: İbrahima Konte, İmo Ezekiel, Endi Kavayya, Stefano Okaka, Matias Suares, İdrissa Silla.

Qeyd edək ki, “Qarabağ” – “Anderlext” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan