“Qarabağ”a Bakıda uduzan “Anderlext” azarkeşlərinə təzminat ödəyib

Belçikanın “Anderlext” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı səfər oyununu izləməyə gələn azarkeşlərinə kompensasiya ödəyib. Allsport.az xəbər verir ki, uzun yol qət edib, Azərbaycana gəlmiş həmin azarkeşlər komandalarının Bakıdakı 0:1 hesablı məğlubiyyətlərindən kəskin narazı qalmışdılar.

Klub rəhbərliyi isə həmin 53 fanata jest edərək, onların hər birinə maliyyə kompensasiyası, futbolçuların imzaları olan formalar verib. Bundan əlavə həmin azarkeşlər komanda üzvləri Silvio Proto, Yuri Tilemans və Stefan Okaka ilə birgə klubun bazasına ekskursiya edə biləcəklər. “Anderlext”in həmin narazı qalan azarkeşlərə qarşı jesti bununla da kifayətlənmir. Belə ki, bu fanatlar üçün qrup mərhələsi çərçivəsindəki oyunlar üçün biletlər də güzəştli şərtlərlə satılacaq. Məsələn, “Tottenhem”lə (İngiltərə) səfər matçının biletləri onlara 34, “Monako” (Fransa) ilə səfər görüşünə biletlər isə 12 avroya başa gələcək. “Qarabağ”la ev oyununda isə həmin 53 fanata biletlər cəmi 4 avroya satılacaq. (Sporza)

Həmin kateqoriyadan