- Baxış sayı: 69
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Belçika Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” də yeni mövsümdə ilk kubok matçını keçirib.
Sözügedən komanda öz meydanında “Spouven-Mopertingen”lə qarşılaşıb. Oyun ağdamlıların rəqibinin 3:1 hesablı qələbəsiylə başa çatıb. Nəticədə, “Anderlext” 1/8 finala vəsiqə əldə edib.
Qeyd edək ki, “Qarabağ” Avroliqadakı növbəti matçını məhz “Anderlext”ə qarşı keçirəcək.