- Baxış sayı: 54
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 26
- Aprel 14, 2025
- 0
Cənubi Koreyanın paytaxtı Seulda qılıncoynatmanın sablya növü üzrə şəxsi yarışda qran pri turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub.
Mübarizəyə əsas mərhələdən başlayan Anna Türkiyə təmsilçisi İrina Şçukla (15:8), Palina Kapiaroviç (15:6) və çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə yüksəlib. Anna Başta yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Qran Prini qalib başa vuran yunan Teodora Gkountaraya 12:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Palina Kaspiaroviç və Səbinə Kərimova da əsas mərhələyə yüksəlməyi bacarıb. Səbinə 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə cənubi koreyalı Jisu Yuna məğlub olub (6:15).
Palina isə 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Anna Baştaya uduzub.
Valeriya Bolşakova isə təsnifat mərhələsindən 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Səbinə Kərimovaya11:15 hesabı ilə uduzub.