- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Əskişəhər şəhərində yerləşən Atatürk İdman Arenasında ağırlıqqaldırma üzrə ölkə çempionatı keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, qardaş ölkənin 29 regionundan 177 kişi və 86 qadın olmaqla toplam 263 idmançının qatıldığı bu turnir böyük marağa səbəb olub.
Çempionatda “Zirvə” İdman Klubunun idmançıları da iştirak ediblər. Yasin və Əmrah Arslan qardaşlarının rəhbərlik etdiyi “Anqara-Duzgölü-Zirvə”nin 14 nümayəndəsi – 11 qadın və 3 kişi – medallar uğrunda mübarizə aparıblar. Sevindiricidir ki, “zirvəçilər” 6 dəfə fəxri kürsüyə qalxa biliblər.
Onlardan qadınlarda Zeynəb Ataxan 69 kq çəki dərəcəsində 176 kq (75+101) nəticə ilə Türkiyə çempionu adını qazanıb. Qızıl medala sahib çıxan atletimiz Zirve İnternational Sport Clubs-ın Anqaradakı son dünya çempionatında 180 kq (80+100) ilə bürünc qazanmışdı.
Bununla yanaşı, Gəmzə Yayla 142 kq (66+76) nəticə ilə 53 kq çəki dərəcəsində, Büşranur Dalmizraq isə 156 kq (74+82) nəticə ilə 63 kq çəki dərəcəsində gümüş medala sahib çıxıblar. Bu çəkidə bürünc medal da “Ankara-Zirvə” atletinə qismət olub. Əminə Sarıtorpaq 152 kq-la (67+85) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.
Daha bir bürünc medal isə +75 kq çəki dərəcəsində çıxış edən Gülsüm Yavuzun adına yazılıb. O, 154 kq (60+94) nəticə göstərib.
Kişilərdə isə, yeganə medalımızı Musa Çətintürk qazanıb. O, 105 kq çəki dərəcəsində çıxış edib. Toplamda 245 kq (105+140) nəticə göstərən atletimiz bürünc medala sahib çıxıb.