- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0
2012-ci il olimpiadasında bürüncdən məhrum olan rusiyalı ağır atlet Ruslan Albeqov medalı beynəlxalq olimpiya komitəsinə (BOK) qaytarmayıb.
Allsport.az xəbər verir ki, diskvalifikasiyadan xeyli sonra idmançı mükafatı başqa şəxsə verib.
Albeqov antidopinq qaydalarını pozduğuna görə 105 kq-dan yuxarı çəki dərəcəsində London oyunlarında olimpiya medalından məhrum edilib. Mükafat Cənubi Koreyalı Çunq Sanq-kyuna veriləcək. Yenidən paylanmış medalların təhvil-təslim mərasimi avqustun 9-da Parisdə keçiriləcək.