- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının pley-offunda ehtimal rəqibləri bilinib. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifatda Kipr APOEL-ini mübarizədən kənarlaşdırsa, püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Demək, avqustun 5-i “Qarabağ” nisbətən əmsalı yüksək olan, səpələnmişlərdəkilərdən biri ilə düşəcək:
Səpələnmişlər
ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) – “Ayaks” (Niderland) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
Səpələnməmişlər
“Slaviya” (Çex Respublikası)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – “Qarabağ” cütünün qalibi
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün qalibi