- Baxış sayı: 37
- 22 Mart 2026 15:50
- Baxış sayı: 160
- Mart 22, 2026
- 0
Qış transfer pəncərəsində «Bakı»nı «Neftçi»yə dəyişən qapıçı Aqil Məmmədov köhnə klubunu xatırlayıb. Allsport.az saytı xəbər verir ki, qolkiper açıqlamasında, «zolaqlılar»ın ona çox doğma olduğunu deyib:
«Başqasını deyə bilmərəm, amma mənim üçün «Bakı»dan ayrılmaq çox çətindir. Çünki orada futbol oynamağa başlamışam, o komandada böyümüşəm. Bu mənada, illər uzunu çıxış etdiyin klubu başqasına dəyişəndə, çətinlik çəkirsən».