- Baxış sayı: 9
- 17 Mart 2026 10:00
- Baxış sayı: 197
- Mart 16, 2026
- 0

“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli sosial şəbəkə səhifəsindəki paylaşımında keçmiş komandasına növbəti dəfə sadiqliyini nümayiş etdirib. Allsport.az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan getməsindən 1 il ötdüyünü yazıb:
“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.
36 yaşlı müdafiəçi “Qarabağ”dan “Nyu-York Kosmos”a keçmişdi.