Aqressiv fanat hakim qarşısına çıxarıldı

Türkiyə 1-ci Liqasının 15-ci turunda “Göztəpə” – “Altay” matçı keçirilib. Oyunda gərgin anlar yaşanıb.

Allspot.az xəbər verir ki, “Altay”ın qapıçısı Ozan Evrim Özencə “Göztepe”nin tərəfdarı Mehmet Nihat Aydın künc dirəyi ilə xəsarət yetirib.

Qapıçıya xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb. İzmir 3-cü ağır cəza məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs və vəkili iştirak edib.

Mehmet Nihat Aydın: “Mənasız bir hirslə mənasız hərəkət etdim. Etdiyim hərəkətə görə qapıçıdan, idman ictimaiyyətindən, “Göztepe” klubundan və azarkeşlərdən üzr istəyirəm” dedi.

Həmin kateqoriyadan