- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 253
- Mart 22, 2026
- 0

“Araz-Naxçıvan” və Kiprin “Omoniya” komandaları arasında keçirilən konfrans liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Allsport.az xəbər verir ki, “Dalğa Arena”da təşkil olunan görüşdə Naxçıvan təmsilçisi böyükhesabla məğlub olub – 0:4.
Çex baş hakim Andrjey Berkanın idarə etdiyi oyunda Loizos Loizu (13, 22), Evandro (55) və Stefan Yovetiç (58) fərqləniblər.
Komandalar arasında cavab oyunu avqustun 14-də Nikosiyada keçiriləcək.