Arbeloa da göndərilir

“Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa istefaya göndərilə bilər.

Allsport.az xəbər verir ki, çempionlar liqasının pley-off mərhələsi çərçivəsində “Benfika”ya qarşı keçiriləcək cavab qarşılaşması 43 yaşlı mütəxəssis üçün həlledici olacaq.

Lissabondakı ilk oyunda 1:0 hesablı qələbə qazanılmasına baxmayaraq, la liqanın son turunda “Osasuna”ya məğlubiyyət (1:2) rəhbərliyin səbrini daşırıb.

Xabi Alonsonu əvəzləyən Alvaro Arbeloanın rəhbərliyi altında “kral klubu” 10 matçda 7 qələbə qazanıb və 3 dəfə məğlub olub.

Həmin kateqoriyadan