Arda 68 metrdən qol vurdu – VİDEO

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər la liqada rekorda imza atıb.

Allsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna XXVIII turda “Elçe”ni 4:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Meydana əvəzetmədən daxil olan Gülər 89-cu dəqiqədə komandasının dördüncü qolunu vurub. Ardanın 68 metrlik zərbəsi turnirin tarixində ən uzaq məsafədən vurulan qol kimi tarixə düşüb.

Həmin kateqoriyadan