Arda Gülər ən yaxşılar arasında

“Real Madrid”in türkiyəli ulduzu Arda Gülər la liqada ayın ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparır.
Allsport.az xəbər verir ki, İspaniya çempionatı avqust üçün mükafata beş namizədin siyahısını təqdim edib. Mükafatı 23 yaşdan kiçik oyunçular ala bilər.

Arda Gülər ​​(“Real Madrid”) – 3 matç, 1 qol, 1 məhsuldar ötürmə;

Adrian Lizo (“Xetafe”) – 3 oyun, 3 qol;

Rodriqo Mendoza (“Elçe”) – 3 matç, 1 qol;

Karl Etta-Eyonq (“Vilyarreal”) – 3 görüş, 1 qol, 2 məhsuldar ötürmə;

Andres Kastrin (“Sevilya”) – 3 oyun.

Həmin kateqoriyadan