ARDNŞ-in şəhid və qazi əməkdaşlarının övladları ilə görüş

Azərbaycan respublikası dövlət neft şirkətinin (SOCAR) və “Neftçi” peşəkar futbol klubunun birgə təşkilatçılığı ilə ARDNŞ-in şəhid və qazi əməkdaşlarının övladları ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, “Palms Sports” futbol mərkəzində təşkil olunan görüşdə əvvəlcə Anatoli Banişevski adına iclas otağında uşaqlara “Neftçi” haqda məlumat verilib və klubun tarixi ilə bağlı video-süjet təqdim olunub.

Sonra “A” komandamızın baş məşqçisi Samir Abbasov və futbolçularla görüşən qonaqlarımız onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.

“A” və “B” komandalarımız arasında keçirilən yoxlama oyununu izləyən qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr də təqdim edilib.

Həmin kateqoriyadan