- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Avroliqanın qrup mərhələsinni son matçında “Qarabağ” klubunun Milan “İnter”inin qapısından sonuncu dəqiqədə vurduğu qolun hesaba alınmaması dünyanın aparıcı idman agentlikləri və saytlarının əsas xəbərinə çevrilib. Allsport.az saytının məlmatına görə, vurulan topun qeydə alınmamasının səbəbləri barədə müzakirələr hələ də davam edir. Əcnəbi jurnalistlər birmənalı şəkildə qeyd edirlər ki, “Qarabağ”a qarşı görünməmiş haqsızlığa yol verilib.
Araşdırma nəticəsində, Ağdam təmsilçisinin ədalətsizliklə üzləşdiyini erməni idman saytları da yazır. Diqqətçəkən məqam odur ki, bu xəbərlərdə komandanın adı təmsil etdiyi ölkənin adı ilə yanaşı çəkilir. Əvvəllər “Qarabağ”la bağlı UEFA xəbərlərindən belə ölkəmizin adını çıxaran erməni saytları artıq komandamızı “Qarabağ” – Azərbaycan” kimi təqdim edir. Görünür, üzdəniraq qonşularımız anlamağa başlayıblar ki, xəbərlərdən silməklə dünyanın böyük idman arenalarının yuxarı başında yazılan QARABAĞ-AZƏRBAYCAN həqiqətini gizlətmək, inkar etmək mümkün deyil.
Qarabağ”ın üzləşdiyi haqsızlığa görə UEFA-ya şikayət edəcəyinə dair xəbərləri də yayımlayıblar. Qurban Qurbanovun fotoları ilə yayımlanan bu xəbələrdə də qeyd olunur ki, Azərbaycan klubunun italyanların qapısından keçirdiyi qol çex hakim tərəfindən qeydə alınmayıb.