- Baxış sayı: 12
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

David Raya “Arsenal”ın bir neçə titul uğrunda mübarizə apara biləcəyinə inanır.
Allsport.az xəbər verir ki, London klubunun qapıçısı komandanın bu mövsüm birdən çox kubok uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı cavablandırıb.
“Bəli, mən belə düşünürəm. Fikrimcə, heyətimizin dərinliyi inanılmazdır. Çoxlu oyunçumuz var. Həm də iki, üç, dörd mövqedə oynaya bilən çoxlu oyunçularımız var”.
Merino “Atletiko”ya qarşı hücumçu kimi meydana çıxdı. O, səkkizlik və ya onluq kimi oynaya bilər.
Baş məşqçinin belə seçimləri var. O, bundan bizim xeyrimizə və mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün istifadə edir. Hər şey çox yaxşı görünür. Heyətdəki bu dərinlik çox vacibdir.
Bu, məşq və oyunlara daha bir səviyyə əlavə edir, çünki hər gün işləməsəniz, sıradakı yerinizi itirə bilərsiniz. Məşqlərdə və matçlarda rəqabət ruhu yaradır. Bu, çox vacibdir və hamı bunu dəstəkləyir”, – deyə Raya bildirib.