- Baxış sayı: 20
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 77
- Dekabr 05, 2025
- 0

“Atletiko”nun kapitanı Koke çempionlar liqasının əsas mərhələsi çərçivəsində “Arsenal”la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Allsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi rəqibi yüksək qiymətləndirib:
“Onlar həqiqətən güclü bir kollektiv formalaşdırıblar. Komanda keçən mövsüm planlaşdırılan nəticə əldə etməsə də, güclü oyun nümayiş etdirdi. Onların bir oyun fəlsəfəsinə sahib olduğunu etiraf etmək lazımdır. Bu üslub, keçmiş dövrlərdə “Arsenal”ın oynadığı üsluba çox bənzəyir. Onlar cinahlarda çox sürətli idilər, yayda isə top hücumçu (Viktor Dyökereş) transfer ediblər. Mənim fikrimcə, “Arsenal” turnirin əsas favoritidir”.
“Arsenal” – “Atletiko” matçı oktyabrın 21-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.