“Arsenal” qarşılaşdığımız ən yaxşı komandadır”

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone çempionlar liqasının əsas mərhələsinin 3-cü turunda “Arsenal”dan (0:4) alınan darmadağınla bağlı fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis komandasının inkişaf mərhələsində olduğunu bildirib və rəqibi tərifləyib:

“Təkmilləşmə prosesi gedir. Biz sadəcə bunu davam etdirməliyik. Düşünürəm ki, əvvəlcə çox yaxşı oynadıq. 60-cı dəqiqədən etibarən rəqib bizdən üstün idi və qələbəyə layiq oldu. Mən deyərdim ki, bu, mövsümün əvvəlində qarşılaşdığımız ən yaxşı komandadır. Onlar mübarizəni çox yaxşı aparır, qaçır və irəliləyirlər. Onların bütün meydan boyunca yüksək səviyyəli oyunçusu var. Səhvlərimiz üzərində düzəlişlər etməliyik”.

“Arsenal” 9 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Atletiko” isə 3 xalla 18-cidir.

Həmin kateqoriyadan