“Arsenal” tarixə keçdi

“Arsenal” dünən axşam İngiltərə kubokunda “Uiqan Atletik”i 4:0 hesabı ilə darmadağın edib.

Allsport.az xəbər verir ki, “topçular” bütün qolları oyunun ilk 27 dəqiqəsində vuraraq tarixi rekorda imza atıblar.

“Opta”nın məlumatına görə, “Arsenal” 1992/1993 mövsümündən bəri bu turnirdə matçın ilk yarım saatında 4 qol vuran ilk premyer liqa təmsilçisi olub. Qolları Noni Madueke, Qabriel Martinelli, Cek Hant (öz qapısına) və Qabriel Jezus rəsmiləşdirib.

Hazırda premyer liqada da lider olan “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti”ni 4 xal qabaqlayır. Komanda növbəti oyununu bu çərşənbə günü səfərdə “Vulverhempton”a qarşı keçirəcək.

Həmin kateqoriyadan