- Baxış sayı: 44
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Ayaks”ın və Ukrayna millisinin müdafiəçisi Oleksandr Zinçenko yeni klubunda əsas heyətdə çıxdığı ilk oyunda ağır zədə alıb.
Allsport.az xəbər verir ki, sol ayağından zədələnən futbolçunun martda keçiriləcək DÇ-2026-nın pley-off matçlarını qaçıracağı artıq dəqiqləşib.
Həkimlərin rəyinə görə, diaqnoz yan bağların qırılması olarsa, o, 3 ay, ön çarpaz bağların qırılması təsdiqlənərsə, 1 ilə qədər meydanlardan uzaq qalacaq. Dəqiq müddət MRT müayinəsindən sonra bəlli olacaq.