“Leypsiq” 100 milyon avro tələb edir

“Leypsiq” 100 milyon avro tələb edir

“Arsenal” yay transfer pəncərəsində “Leypsiq”in üzvü Yan Diomandeni heyətinə qatmağı planlaşdırır. Allsport.az xəbər verir ki, London klubu 19 yaşlı Kot-d’İvuar əsilli futbolçunu Qabriel Martinellinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.

Almaniya klubu isə 2030-cu ilə qədər müqaviləsi olan gənc ulduz üçün 100 milyon avro tələb edir.

2025-ci ilin yayından “Leypsiq”də çıxış edən Diomande bu mövsüm keçirdiyi 24 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan